L.Həmilton: “Artıq qələbə qazanmaq asan deyil”

Çin yarışını qazanaraq bu mövsüm ilk qələbəsinə sevinən Lyuis Həmilton bildirib ki, yarış onun üçün mükəmməl keçib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa birinci yerdən başlayıb, startdan finişə qədər liderlik edib və sürətli dövrə vuraraq, karyerasında 3-cü Böyük Dəbilqəsini qazanıb. Finişdə 32 yaşlı 3 qat Dünya Çempionu ən yaxın izləyicisi Sebastyan Fetteli 6.25 saniyə qabaqlayaraq, 54-cü qələbəsini qazanıb.

Lyuis Həmilton: “Yarışın əvvəlində trasda şərait çətin idi. Bəzi yerlər yaş olsa da, trasın əksər hissəsi quru idi. Soft təkərlərə vaxtında keçməli idik. Təhlükəsizlik avtomobili bizə çox kömək etdi.

Bu mövsüm son illərdəki ən çətin çempionluq mübarizəsini aparacağıq. Bu mübarizə təkcə Sebastyanla olmayacaq. İlk 3 komandanın bütün sürücüləri arasında olacaq. Ferrari əla işlər görməyə davam edir. Sebastyan ilə 20 dövrə son həddə getdik. Bunun üçün çox darıxmışam. Fərqi artıranda da işlər asanlaşmır. Çünki arxadan sürətli bir Ferrari gəlir. Ümid edirəm ki, bir həftə sonra Bəhreyndə vahid lider olaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*