L.Həmilton artıq özünü yaxşı hiss edir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton mövsümöncəsi qış testlərinin ikinci həftəsindən sonra daha pozitiv görünür.

F-1.az xatırladır ki, Mercedes komandası testlərin birinci həftəsində balansla bağlı problemlər yaşasa da, ikinci həftəyə yeni paketlə gəlib və yekunda Lyuis Həmilton lider Fetteldən cəmi 0.003 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Son günlər əla keçdi. Etdiyimiz dəyişikliklər inkişafa kömək etdi və dəyərli məlumatlar topladıq. Bolidin boş çən performansını bilmək xoş oldu. Çox həzz aldım və təkərləri yaxşı his etdim. Testləri çox sevmirəm. Ancaq gözəl həftə oldu. Lakin görüləcək çox işimiz var. Doğru yönə gedirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*