L.Həmilton araşdırılır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton qırmızı bayraqlarda yavaşlamadığı üçün stüardlar tərəfindən çağırılıb.

 

F-1.az xatırladır ki, Əbu Dabidəki üçüncü sərbəst yürüşlərdə Pyer Qaslinin təkəri partlayıb və parçaları ətrafa dağılıb. Buna görə də qırmızı bayraqla sessiya qısa müddət saxlanılıb.

Lakin yeddiqat Dünya Çempionu buna məhəl qoymayaraq yerlisi olan Lando Norrisi ötüb keçib. Gənc sürücü isə radiodan təcrübəli rəqibini şikayət edib.

Stüardlar insidenti qeydə alıblar və sessiyadan sonra araşdıracaqlarını deyiblər. Belə hallarda sürücüyə ya xəbərdarlıq ya da startda yer itirmə cəzası verilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*