F-1.az xatırladır ki, Mercedes bu trasda poul üçün əsas namizəd olsa da, Həmilton ikinci olub.
Lyuis Həmilton: “Ferrari bu tempi haradan tapdı bilmirəm. Çünki bu tras onlarçün əlverişli deyildi, amma əla işlədilər. Şarl mükəmməl dövrə vurdu və mən xüsusi iş görməli idim. Əlimdən gələni etdim və bir neçə dəfə divara yaxınlaşsam da, nəticə belə oldu. Lakin ilk cərgədə olduğumçün xoşbəxtəm. Sabah Lekleri keçməyə çalışacam. Aqressiv yarışacam”.