F-1.az xatırladır ki, Alonso Belçika QP-dən əvvəl bildirmişdi ki, V10 və V8 dövrləri üçün darıxıb və hazırkı bolidlər onda xəyal qırıqlığı yaradıb: “Bolidlər çox ağırdır. Asfaltla ilişmə demək olar yoxdur. Həmişə qənaət etmək məcburiyyətindəyik”.
Alonso daha əvvəl bildirmişdi ki, 2017-ci ildəki bolidləri bəyənməsə, idmandan gedəcək. Həmilton Alonsonun açıqlamalarındam sonra bunları deyib: “2007 və 2008-ci illərdə onunla mübarizə apardıq. Bu mübarizələrdən ikimiz də çox şey öyrəndik. Əgər Fernando təqaüdə çıxsa və onunla bir də mübarizə apara bilməsəm, məyus olaram. Formula1 onun kimi istedadı itirməməlidir.
Düzdür, Alonsonun 35 yaşı var və bu işdən çoxlu pul qazandı. Çoxlu uğurları oldu. O da təqaüdə çıxmalıdır. Amma bu qərara sürücülərin və fanların hazır olduğundan əmin deyiləm. Onunla son dəfə çempionluq mübarizəsi vermək istəyərəm. Ümid edirəm ki, təqaüdə gec çıxar”.