F-1.az xatırladır ki, iki sürücü 2007-ci ildə McLaren komandasında bir yerdə yarışmış və münasibətlərindəki gərginlik son həddə çatmışdı. Bunun nəticəsində Alonso mövsümün sonunda komandadan ayrılaraq, Renault-ya qatıtmışdı.
Lyuis Həmilton: “Fernando ilə yenidən komanda yoldaşı olmağımız mümkünsüzdür. Toto Volff komanda daxili abu-havaya fikir verir və Alonso ilə keçmişdəki münasibətimizindən xəbəri var. Buna görə də inanmıram ki, eyni halın təkrarlanmasına icazə versinlər.
Alonso mükəmməl sürücüdür, amma bir yerdə olanda eyni qütblər kimi idik və buna görə problemlər yarandı. Hər şeyin qaydasında olması üçün şimal və cənub qütblərinə sahib olmalısınız. Mən sadəcə yarışmağa və daha çox qələbə qazanmağa fokuslanmışam. 2017-ci il əla keçdi. Zirvədə qalmaq üçün çox işləməliyik”.