F-1.az xatırladır ki, Britaniyalı Formula-1 sürücüsünün ötən gün 38 yaşı tamam olub. Mercedes komandasının 7-qat dünya çempionu ad gününü Antraktidada qeyd edib. Şimal Buzlu Okeanının qeyri-adi mənzərəsinin fonunda qayalı sahillər, pinqvin və suitilərin ətrafında olan Lyuis sosial şəbəkələrdə paylaşımları ilə diqqət çəkib.
Bir qrup dostu ilə səyahətə yollanan Həmiltonun xüsusən də köhnə dostu amerikalı üçqat Olimpiya çempionu snoubordçu Şon Uayt da yer alıb. Britaniyalı Antarktika sərgüzəştlərindən çox məmnun qaldığını və aldığı təəssüratların keçən ilki Afrika səfərindən heç də az təsirli olmadığını bildirib