L.Həmilton: 2022-ci ildə eqolarımızı geridə tutduq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2022-ci ildə komandanın mənfəətlərini eqolarından üstün tutublar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” 2014-2021-ci illərdə ardıcıl 8 dəfə Mühəndislər Kubokunu qazanmışdı. Lakin almanların işləri keçən il yaxşı getməmiş və 22 yarışın 1-də qələbə qazanmışdılar. Komanda mövsümün sonlarına doğru sürətlənmiş və yeganə qələbələrini sondan ikinci yarış olan Braziliyada qazanmışdı.

Lyuis Həmilton: “Çox təsireidici idi. Bunu edə biləcəyimizə inanırdım. Sonda qələbə qazanacağımı bilirdim, amma 2022-ci ildə çox şey sınadıq və bəzən yanıldıq. Elə oldu ki, gətirdiyimiz yeniliklər işləmədi. Çox şey sınadıq və çox uğursuzluq yaşadıq, ancaq öyrəndik. Bu il əsas hədəf eqoları yıxmaq və münasibətləri yaxşılaşdırmaq idi. Bizə çox kömək etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*