F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq və tərəflər arasında danışıqlar davam edir.
Lyuis Həmilton: “Toto Volffla ortaq məxrəcə gəlməyə çalışırıq. Müqavilə bağlarkən daha yaxşı şərtlər irəli sürürsünüz. İki tərəf də belə edir. Hər iki tərəf də bunun üçün çalışır. Ümid edirəm ki, Melburn yarışından əvvəl müqavilə bağlayarıq. Amma alınmasa da, narahat olmayacam. Yarışlara fokuslanacam. Ancaq müqavilə də bağlanmalıdır. Qış ərzində bu barədə danışdıq. Lakin mənim üçün əsas o deyil.
İdmandan tez getmək istəmirəm. 40 yaşıma qədər yarışmaq yaxşı olar, amma o qədər yarışacağıma inanmıram. Müqaviləni daha 2 il uzaqa bilərəm. Ondan sonra yarışmağa həvəsim qalar? Yalan deyərəm”.