F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyadakı cümə sərbəst yürüşlərində gözləntiləri qarşılamayıb.
Lyuis Həmilton: “Pis başlamadıq, amma inkişaf edə bilmədik. Düzlüklərdə Ferrari-dən 0.8 saniyə geridəyik. Onlar sürətlə inkişaf edirlər. Biz də sazlanmalar axtarsaq da, işimiz çox çətindir. Balans əvvəl yaxşı olsa da, sonlara doğru pisləşdi. Təkərlər də tez yeyilir. Sabah çətin gün olacaq. Ümid edirəm ki, yağış yağar”.