F-1.az xəbər verir ki, bu, hazırda Formula2-də Russian Time komandasının tərkibində çıxış edən Luka üçün Formula1 maşını ilə ilk təcrübə olacaq.
Luka Giotto: “Bu imkanı yaratdığı üçün Williams-a təşəkkür edirəm. Formula1 maşını ilə ilk test istənilən sürücü üçün xüsusidir. Bunu zəngin tarixə malik komanda ilə etmək isə çox gözəldir – mən çox ruhlanmışam. Əlbəttə, mən diqqətimi bu həftəsonu keçiriləcək Formula2 yarışlarına cəmləməliyəm. Lakin testləri də səbirsizliklə gözləyirəm və ümid edirəm ki, uğurlu alınar”.
Kler Uilyams: “Bu, Lukanın Formula1 maşınının sükanı arxasında əyləşməsi üçün ilk fürsətdir. Komandamızın gənc sürücülərlə işləməkdə böyük təcrübəsi var və biz onlara həmişə şans verdiyimiz üçün şadıq. Lukanın bizim maşınla necə çıxış edəcəyi maraqlıdır”.
Qeyd edək ki, Luka Formula2-də cari mövsümdə ilk altı mərhələdən sonra topladığı 86 xalla beşinci yerdədir. İtalyan sürücü bu il üç dəfə podiuma yüksəlib.
WILLIAMS MARTINI RACING Confirms @luca_ghiotto for Hungary Young Driver Test. Link below!https://t.co/GfEHvyu2FA pic.twitter.com/1JzRkBeuKA
— WILLIAMS RACING (@WilliamsRacing) July 25, 2017