L.Furbatto Sauber-ə keçir?

Italiya mətbuatı xəbər verir ki, Luka Furbatto yaxın müddətdə Sauber komandasına keçərək, 2018-ci il bolidinin dizaynı ilə məşğul olacaq.

F-1.az xatırladır ki, Furbatto 1998-ci ildə BAR və Tyrrell komandalarında Formula1 karyerasına başlamış, 2000-ci ildə Toyota-ya, 2011-ci ildə isə McLaren komandasına transfer olunmuşdu. İtaliyalı mütəxəssis 2012-ci ilin əvvəlinə qədər McLaren komandasında işlədikdən sonra 2012-2014-cü illərdə Toro Rosso komandasının baş konstruktoru olmuşdu. Luka 2015-ci ildə Manor komandasına transfer olunsa da, britaniyalıların 2017-ci ildə idmandan ayırlması ilə yenidən işsiz qalmışdı.

Xəbərlərə əsasən, 2018-ci ildə Honda mühərriyinə keçən Sauber komandası tezliklə yeni bolidi yığmaq üçün Furbatto ilə razılaşıb və italiyalı konstruktor növbəti günlərdə komandaya qoşularaq yeni bolidin dizaynına başlayacaq. Furbatto komandanın texniki direktoru Yorq Tsander ilə yaxından işləyəcək.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*