F-1.az xatırladır ki, hazırkı qaydalara əsasən, komandaların mühərriklərini inkişaf etdirmələri üçün 32 şərti balı var və bu ballar istifadə edildikdən sonra heç bir yenilik edilə bilmir. Amma 2017-ci ildən etibarən komandalara mühərriyi inkişaf etdirməkdə heç bir məhdudiyyət qoyulmayacaq.
Luici Fraboni bildirib ki, bu hal Ferrari-nin xeyrinə olacaq: “Biz Ferrari olaraq şərti ballara qarşıyıq. Bu bizim üçün daha yaxşıdır. Yenə də qaydaları izləməliyik, çünki gələn il 4 güc qurğusundan istifadə edə bilərik. Şərti balların olmaması bizim daha rahat olmağımızı təmin edəcək. Mövsüm ərzində daha çox dəyişiklik edə biləcəyik. Bu mövsüm bütün şərti ballardan istifadə etmişik və xeyli inkişafa nail olmuşuq. 2017-ci ilin güc qurğusunun üzərində işləyirik və indiyə qədər gördüyümüz işlər təsiredicidir”.