F-1.az xəbər verir ki, əfsanəvi pilotun səhhəti barədə ailəsi tərəfindən uzun müddətdir ki, məlumat verilmir. Amma şayiələrə görə, Şumaxer yeriyə, danışa və heç bir şeyə reaksiya verə bilmir. Hətta qarşısındakı televizorda Formula1-ə aid görüntülər verildikdə də o, heç bir reaksiya vermir.
Ferrari-nin keçmiş rəhbəri Luka di Montedzemolo Mixael barədə danışıb: “Onun haqqında hər gün danışırıq və bəzi yeni məlumatlar almışam. Amma təəssüflər olsun ki, bunlar yaxşı xəbərlər deyil. Həyat çox qəribədir. Karyerası boyu yeganə ciddi qəzası 1999-cu ildə oldu, amma xizək sürərkən yıxılması həyatını məhv etdi”.
Montedzemolo əlavə açıqlama verməyib…