F-1.az xatırladır ki, monakolu sürücü 2017-ci ildə Formula2 üzrə Dünya Çempionu olduqdan sonra 2018-ci ildə Sauber komandası ilə Formula1-də debüt etmiş və gözəl performans göstərmişdi. Gənc sürücünün performansından təsirlənən Ferrari onu heyətinə cəlb edib və Lekler bu il Fettellə birlikdə “qırmızılar”ın uğurları üçün çalışacaq.
Luka di Montedzemolo: “Ferrari qalib gəlməlidir. Buna görə də təzyiq çox olacaq. Leklerin də üzərindəki təzyiq artacaq. Ümid edirəm ki, Ferrari güclü bolid düsəldər. Fettelə güclü maşın versələr, Leklerin üzərində təzyiq azalar. Şarl komanda yoldaşı Fettelə kömək etməlidir və bu, vacibdir. Eynilə Fettel də Leklerə kömək etməlidir. Bu il aerodinamika cəhətdən maraqlı olacaq. Vacib dəyişikliklər var. Lekler güclü sürücüdür və sakitliyini qoruya bilir. Sauber-lə 5-ci və ya 6-cı ola bildi. Bu, əla idi. Amma Ferrari ilə 3-cü və ya 4-cü olsanız, axmaq kimi görünərsiniz”.