F-1.az xatırladır ki, britaniyalı sürücü Ostində ikinci olaraq, karyerasının 6-cı çempionluğunu qazanıb və Formula1-də bu uğura yiyələnən ikinci pilot olub. Bundan başqa 34 yaşlı Lyuisin əfsanəvi Şumaxerə çatmasına 1 titul qalıb.
Luka di Montedzemolo: “Lyuis mükəmməl sürücüdür və bu uğuru ilə dəyərli dostum Niki Laudanı sevindirdi. Çünki Lyuisi Mercedes-ə o gətirmişdi. Həmiıton həm yarışda, həm də trasdan kənsarda əsl idmançı kimi davranır. Bundan başqa traslara tez uyğunlaşır və sürüş stilini ona görə dəyişir. Təkərlərdən ağıllı formada istifadə edir və gözəl nəticələr qazanır. Lyuis artıq Formula1-in əfsanələrindən biridir. Keçən il bəzi yarışlarda bolidi sürətli olmasa da, qalib gələ bilmişdi. O, artıq Fanxio, Lauda, Şumaxer, Senna, Klark və Stüart səviyyəsindədir”.
L.di Montedzemolo: “Həmilton artıq əfsanədir”
Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Həmilton artıq idman tarixinin əfsanələrindən biridir.