F-1.az xatırladır ki, Ferrari komandası testlərin ilk 3 günündə mükəmməl nəticələr göstərib.
Amma Montedzemolo düşünür ki, Ferrari italyan mühəndislərlə işləməkdə səhv edib: “Ferrari bu il risk etdi. Bolidi italyan konstruktorlara həvalə etdilər. Bu qərar mənə qəribə gəldi. Çünki Formula1-də uğur qazanmaq üçün ən yaxşıları transfer etməlisiniz. Təbii ki, bu, ölkə üçün yaxşıdır, amma bir ölkənin mühəndisləri ilə uğur qazanmaq asan olmayacaq. Sebastyan da gözləntiləri qarşılaya bilmədi. Gələndən bəri 3 yarış qazanıb. Builki bolidin də rəqabətədavamlılığı 2-3 yarışdan sonra bilinəcək. Yarışlardakı nəticələrə görə müqavilə uzatmağa qərar verəcək”.