L.di Montedzemolo: Ferrari-nin vəziyyətindən narazıyam

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, “qırmızılar”ın hazırkı vəziyyətindən narazıdır.

F-1.az xatırladır ki, Luka di Montedzemolo 1991-2014-cü illərdə Ferrari-nin prezidenti olmuş və onun dövründə Formula1 komandası böyük uğurlar qazanmışdı.

Luka di Montedzemolo: “Entso Ferrari məni şirkətə dəvət edəndə hələ 25 yaşım var idi. Demək olar ki, hər şeyimi ona borcluyam. Mənə həmişə deyərdi ki, başını dik tut, təslim olma və uduzduğun günlərdən çox qalib gəldiyin günlərə fokuslan.

Uğursuz olanda buna reaksiya verməyə güc tapmaq asandır. Lakin qalib gələndə özünə “mən ən yaxşıyam” demək və buna güvənmək riskiniz var”.

Luka birlikdə çalışdığı ulduz sürücülərdən də danışıb. O, bildirib ki, Niki Lauda ilə dost olub və əfsanəvi Mixael Şumaxer barədə bunları deyib: “Mixael qeyri-adi adam idi. Bir yarışçı olaraq onun tayı bərabəri yox idi. Maşın hazırlığında da öz düşüncələri var idi. Hər yerdə komandanın xeyrini düşünürdü və yarışın hər dövrəsində poul uğrunda mübarizə aparırmış kimi limitdə sürmək istedadı var idi”.

Luka ən sonda Ferrari-nin hazırkı vəziyyətini tənqid edib: “Ferrari-nin hazırkı vəziyyətindən xoşum gəlmir. Çempionatda üçüncü yeri tutmaq ehtimalını bayram etmək xoş hal deyil. Mənim üçün bu, məğlubiyyətə bərabərdir. Sürücülərə gəldik də isə bu Ferrari-nin ən axırıncı problemidir. Problem maşındadır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*