F-1.az xtırladır ki, Ferrari Montsada 70-ci ildönümünü qeyd edəcək. Amma italyanların tarixində önəmli rol oynamış Luka di Montedzemolo bu tədbirdə olmayacaq.
Luka di Montedzemolo: “Montsaya dəvət edilmədim. Amma bu önəmli deyil. Əsas odur ki, Ferrari qalib gəlsin”.
Qeyd edək ki, Montedzemolo 1974-cü ildə Entso Ferrari tərəfindən Fomula1 komandasının rəhbəri təyin edilmişdi. O dövrlər Lukanın 27 yaşı var idi. Montedzemolo 1975-ci ildə Niki Lauda ilə ilk Dünya Çempionu titulunu əldə etmişdi. Luka daha sonra Fiat konsernində bir neçə fərqli vəzifədə işləsə də, daha sonra idarə heyətinin rəhbəri Cianni Aqnelli tərəfindən Ferrari-nin prezidenti təyin edilmişdi. Bundan sonra “qırmızılar” 8 dəfə Mühəndislər kubokunda, 6 dəfə isə Sürücülər Çempionatında birinci yeri tutmuşdular. Amma 2014-cü ildə Fiat-Chrysler alyansının rəhbəri Sercio Markionne ilə arası pisləşdiyi üçün istefa etməli olmuşdu.