F-1.az xatırladır ki, Fettel Braziliyada qalib gələrək, 7 ildən sonra Ferrari-yə ilk dəfə mövsüm ərzində 5 qələbə qazandırıb. Amma yarışa pit yolundan başlayan Lyuis Həmilton finiş xəttini almaniyalı sürücüdən cəmi 5 saniyə sonra keçib.
Luka di Montedzemolo: “Ferrari-nin qələbəsindən çox razıyam, amma Lyuis daha mükəmməl iş gördü. Məncə, gözəl yarış oldu. Bu, idman maliyyə və ya iqtisadiyyat dərsinə oxşamır. Bu, elm də deyil. Danışmaq asandır, amma qalib gəlmək çətindir. Ferrari yaxşı mövsüm keçirdi, təəssüf ki, çempion ola bilmədi. Həmilton bu yarışa pouldan başlasaydı, rahatlıqla qazanardı. Ümid edirəm ki, Ferrari uzun illərdən sonra yenə çempion olar. Mənim dövrümdə bir neçə dəfə çempion olduq və bəzi hallarda son yarışda titulları əldən verdik.
Ferrari bəzi şeyləri dəyişməlidir? Kənardan bir söz demək istəmirəm. Bu il qalib gələ bilməsələr də, Montsaya qədər lider idilər”.