F-1.az xatırladır ki, Luka 1991-2014-cü illərdə Ferrari-nin prezidenti olmuş və komanda onun dövründə 8 dəfə Mühəndislər, 6 dəfə Sürücülər Çempionatının qalibi olmuşdu. Lakin o getdikdən sonra komanda heç titul qazana bilməyib. Üstəlik 2016, 2020 və 2021-ci illərdə qələbəsiz qalıb.
Üstəlik Ferrari komandasının rəhbəri Mattia Binotto istefa verib və onun yerinə hələki heç kim gətirilməyib.
Luka di Montedzemolo: “Ferrari-də baş verənlərə görə məyusam və çox narahatam. Belə vaxtarda Ferrari-yə hörmət etdiyim üçün heç nə deməməyə çalışıram, amma Ferrari hazırda lidersiz bir şirkətə bənzəyir”.