F-1.az xatırladır ki, Montedzemolo ilə xələfi Markionnenin arası yaxşı deyil, amma buna baxmayaraq, 69 yaşlı sabiq prezident Ferrari-nin qələbəsinə çox sevinib: “Ferrari-nin bu qələbəyə layiq olduğunu düşünürəm. Trasdakı ən sürətli bolid idilər. Amma Lyuis pitə tez getməsəydi, onu keçmək çox çətin ola bilərdi. Uzun müddətdir hamı komandadan bu qələbəni gözləyirdi və axır ki, bunun baş verməsinə görə çox sevinirəm. Bu qələbədə əməyi olan hər kəs indi dincəlməli və növbəti Çin yarışına daha güclü gəlməlidirlər. Ümid edirəm ki, “qırmızılar” mövsümün yekununda da zirvədə olarlar”.
L.di Montedzemolo: “Ferrari layiqinə çatdı”
1991-ci ildən 2014-cü ilə qədər Ferrari-nin prezidenti olmuş Luka di Montedzemolo bildirib ki, "qırmızılar"ın Avstraliya yarışını qazanmasına çox sevinib və bütün komandanı təbrik edib.