L.di Montedzemolo: Ferrari-də peşəkar adamlar işləmir

Ferrari komandasının sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Ferrari dördqat Dünya Çempionu Fetteli heç yerə buraxmamalıdır.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən italyanlar Fettelin maaşını azaltdığı üçün almaniyalı pilot yeni müqavilə bağlamaq istəmir.

Luka di Montedzemolo: “Mən prezident olsaydım, Fetteli saxlayardım. Çünki o, hələ də sürətlidir. Çox sürətlidir və motivasiya problemi yoxdur. Onun komandada qalması gənc Şarl Lekler üçün də yaxşıdır. Çünki Fettellə yarışsa, maksimum gücünü ortaya qoyacaq.

Ferrari barədə danışsaq… Mənim dövrümdə komandada Şumaxer, Todt, Braun, Börn, Domenikali kimi adamlar var idi. Hamısı öz sahəsinin ən yaxşısı idi. İndiki Ferrari-də belə adamlar görə bilirsiniz?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*