F-1.az xatırladır ki, monakolu sürücü Sinqapur və Rusiya yarışlarından sonra komandasının stratehiyasından razı qalmamışdı. Montedzemolo bildirib ki, bu an ona Rubens Barrikellonun komanda yoldaşı Şumaxerə finişdə yer verdiyi 2002-ci ilin Avstriya yarışını xatırladıb: “Əgər ofisimə belə şikayətlə gəlsəniz, sadəcə bir neçə söz eşitmərsiniz. Şumaxerin ötməsinə icazə verəndə Barrikello ilə olan mübahisəmizi və onun xoşbəxt olmadığını xatırlayıram. Ona bu qərarı verdiyimi və bunu etməli olduğunu dedim. Bu gün əksəriyyət F1 dünyasının xüsusiyyətlərini anlamadan şərhlər verir. Məndən fərqli sürücüləri müqayisə etməyimi istəyirlər. Məsələn, Lauda ilə Şumaxeri. Lakin onları müqayisə etmək mümkün deyil. Onlar fərqli nəslə aiddirlər. Lekler də ən yaxşı sürücülərdən biridir”.
L.di Montedzemolo: “Əksəriyyətin F1-dən başı çıxmır”
Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo gənc Leklerin hərəkətindən razı deyil.