F-1.az xatırladır ki, Luka 2010-2014-cü illərdə Alonso ilə işləmişdi
Luka di Montedzemolo: “Çox xoşbəxtəm. Fernando mükəmməl sürücüdür. Bəzən komanda oyunçusu olmaqda çətinlik çəkir. Ancaq Şumaxer və Lauda ilə birlikdə Ferrari tarixinin ən güclülərindəndir. Çətin adamdır, amma həmişə qələbə üçün əlindən gələn hər şeyi edir. 2010 və 2012-ci illərdə sona qədər mübarizə aparsa da, çempion ola bilmədi. Buna görə peşmanam”.