L.di Montedzemelo: “Ferrari Rikkardonu transfer etməlidir”

F-1.az xatırladır ki, Luka di Montedzemelo 2014-cü ilin ortasında Ferrari-dən ayrılmışdı və onu Sercio Markionne əvəz etmişdi.

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemelo düşünür ki, Ferrari Rikkardo ilə müqavilə bağlamalıdır. Xatırladaq ki, Ferrari 2014-cü ildə cəmi iki podium qazanmşdı. İtalyanlar 2015-ci ildə 3 qələbə qazandıqları halda, 2016-cı ildə hələ də qələbə üzünə həsrət qalıblar.

Montedzemelo düşünür ki, 2015-ci ildəki uğurun səbəbkarları Ferrari-nin əvvəlki heyətidir: “Mən bilirəm ki, 2014-cü ildə inkişaf etmək üçün nələr etmişdik. Keçənilki uğurların səbəbi bir il əvvəl görülən işlər idi.

Bu ilin əvvəlində onlardan daha çox uğur gözləyirdim. Amma 5 yarış geridə qalsa da, bir qələbə belə ala bilməyiblər. Amma mövsüm uzundur və növbədə yarışlar çoxdur”.

Montedzemolo Ferrari-yə Rikkardonu transfer etməyi məsləhət görüb: “Gördüyü işi sevirəm. O çox yaxşı adamdır. Sürətli sürücüdür. Məncə, Sebastyan qədər sürətlidir.

Rikkardonun bir tərəfi onsuz da italyandır. Əgər Ferrari-də işləsəydim, ilk seçimim o olardı”.

Montedzemelo düşünür ki, Formula1-in yeni nəfəsə ehtiyacı var: “Berni Ekklstoun yaxşı iş gördü, amma bundan sonra daha yaxşı iş görməsi mümkün deyil. Formula1-in yeni rəhbərliyə ehtiyacı var.

İşin başında güclü bir lider olmalıdır. İkinci bir şəxs isə Formula1-in idman yönünə cavabdeh olmalıdır. Üçüncü şəxs isə idmanın marketinq bölməsinə nəzarət etməlidir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*