L.d Montedzemolo: “Şumaxer 2009-da qayıdırdı”

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Şumaxer 2009-cu ildə qayıtmağa yaxın imiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2006-cı ildə təqaüdə çıxmış, amma 2009-cu ildə Macarıstanda Massanın zədələnməsindən sonra yerinə keçməyə ən böyük namizədlərdən olmuşdu. Lakin boynundakı ağrılara görə bu, baş verməmişdi.

Luka di Montedzemolo: “Felipenin Budapeştdəki qəzasından sonra məyus idim. Mixaelin ofisimə gəlməsini istədim. Ona dedim ki, Mixael, mənə və Ferrari-yə görə qayıtmalısan. Yarım saat ərzində razı sala bilmədim. Bir saatdan sonra isə razılaşdı. Yarış şöbəsinə getdi. Uşaq kimi, gənc sürücü kimi həyəcanlı idi. Sonra Mucelloya gedib köhnə bolidlə test etdi. Amma heyif ki, həkimi yarışmasına icazə vermədi. Onun hazır olmadığını dedi və bizim üçün pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*