F-1.az bildirir ki, amerikalı basketbolçu 19 illik peşəkar karyerası ərzində 4 dəfə NBA Çempionu olub və 4 dəfə ən dəyərli oyunçu seçilib. İki dəfə isə Olimpiyada qalibi olub.
Lebronun digər idman növlərinə də marağı var və o, bu il 100-cü dəfə keçirilən 24 saatlıq Le Man marafonunun açılışını edəcək. Yarış Fransa bayrağının dalğalanması ilə start götürür. Keçmişdə bunu Rafael Nadal, Bred Pitt, Alen Delon, Corcs Pompidou, Stiv McKuin, Fernando Alonso kimi məşhurlar edib.
Lebron Ceyms: “İdmanı ən yüksək səviyyədə görmək və təcrübə etmək kimi şey yoxdur. Avtoidmandakı tarixi anın bir parçası olmaq və dünyanın ən böyük idman tədbirlərindən birinin 100-cü ilini qeyd etməyə kömək etmək mənim üçün şərəfdir. Bu ikonik yarışa start vermək və dünya səviyyəli sürücülərin mübarizəsini izləmək üçün səbirsizlənirəm”.