L.Carvis: Morbidelli sürətlənməlidir

Yamaha komandasının rəhbəri Lin Carvis bildirib ki, Franko Morbidelli bu il sürətli olmalıdır.

F-1.az xatırladır ki, italiyalı sürücü 2020-ci ildə çempionatda ikinci olsa da, daha sonra sol dizi zədələnmiş və ondan sona özünə gələ bilməmişdi. Keçən il Kuartararo titul uğrunda mübarizə apardığı halda, Morbidelli güc-bəla ilə xal qazanırdı.

Lakin Franko bu il də belə zəif performans göstərsə, Yamaha böyük ehtimalla onunla yolları ayıracaq. Onun yeri üçün ən real namizəd isə Xorxe Martindir.

Lin Carvis: “Franko yaxşı nəticələr qazanmalıdır. Bu qədər sadə. Bura rəqabəti sevən dünyadır. Keçən il Fabio əla performans göstərdi, amma iki Yamaha motosikleti olduğu halda bu çox risklidir. Sadəcə iki sürücümüz var və ikisi də sürətli olmalıdırlar. Fabio sürətli olduğunu göstərə bilsə, gələn il komandada qala biləcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*