L.Carvis: Frankonun sürətlənməsi sevindiricidir

Yamaha komandasının rəhbəri Lin Carvis sürücüsü Franko Morbidellidən bir az razıdır.

F-1.az xatırladır ki, italiyalı sürücü 2020-ci ildə ikinci olsa da, 2021-ci ildə ayağını zədələmiş və əvvəlki formaslnı bərpa edə bilməmişdi.

Keçən il Kuartararoya böyük fərqlə uduzan Frankonun komandadan göndərilməsi də gündəmə gəlib. Bu mövsüm Morbidelli üçün son şansdır. Əgər o, yenə özünü göstərə bilməsə komandadan göndəriləcək.

Lakin 23 yaşlı pilot Sepanqdakı qış testlərində yaxşı performans göstərib.

Lin Carvis: “Franko sürətini yenidən tapıb və sevincliyəm. Keçən ilin sonunda bunu bir az görmüşdük. Motosikletin üstündə olarkən istedadınızı itirməzsiniz, amma yönünüzü itirə bilərsiniz.

Bu dünyada işlər necə gedir hamımız bilirik. Mənim vəzifələrimdən biri də sürücü bazarında olan alternativlərə baxmaqdır. Bu həm sürücülər, həm mühəndislər, həm də başqa insanlar üçün də keçərlidir. Ancaq indi Franko ilə işləməyi düşünürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*