F-1.az xəbər verir ki, gənc sürücünün yarışacağı komandanın adına artıq aydınlıq gəlib – Luk digər gənc istedadlar Sebastyan Montoya və Qabriele Mini ilə birlikdə Hitech komandası üçün yarışacaq.
Luk Brauninq: “Mən karyeramda növbəti addımı elan etməkdən və Hitech ilə Formula3-ə keçməkdən məmnunam. Bu komanda ilə birlikdə keçən il Britaniyada fantastik bir mövsüm keçirdik. Son on iki ay ərzində onların rəhbərliyi və peşəkarlığı sayəsində mən bir sürücü kimi təkmilləşdim”.