Kyle Busch Motorsports K.Rəykkönenlə müqaviləsini təsdiq edib

Biz artıq Kimi Rəykkönenin NASCAR-da Kyle Busch Motorsports komandasının tərkibində Toyota Tundra pikapının sükanı arxasında test edəcəyi barədə yazmışıq. Bu […]

Biz artıq Kimi Rəykkönenin NASCAR-da Kyle Busch Motorsports komandasının tərkibində Toyota Tundra pikapının sükanı arxasında test edəcəyi barədə yazmışıq. Bu gün komanda rəsmən müqavilənin imzalanmasını təsdiq edib – mayın 20-də finlandiyalı sürücü Şarlottada debüt edəcək. Müqavilənin detalları və Kiminin iştirak edəcəyi yarışların siyahısı sonra dərc olunacaq…

Kayl Buş, komandanın başçısı: “Formula1 çempionunun, qələbə qazanmağı bacaran sürücünün bizim komandada debüt etmək qərarı böyük şərəfdir. Dünyanın ən istedadlı sürücülərindən birinin dəvət olunması qaliblər komandasının təşkili istiqamətində daha bir addımdır. Komandanın sahibi kimi mən Kimiyə NASCAR-a öyrəşməsi üçün əlimdən gələn köməyi edəcəm.”

Kimi Rəykkönen: “Mən həyəcanlıyam və NASCAR-da Kyle Busch Motorsports komandası ilə debütümü səbirsizliklə gözləyirəm. Bu komanda seriyada ən yaxşılardan biridir, onun təcrübəsi və biliyi mənim yeni çempionata keçidim zamanı vacıb rol oynayacaq. Mən ümid edirəm ki, komandanın bir hissəsi olacam və komandanın qələbə ənənələrini davam etdirəcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*