Kvyat yarışa pit yolundan başlayacaq

Toro Rosso Daniil Kvyatın dünən zədələnmiş şassisini bərpa etmək əvəzinə yeni şassidən istifadə etmək qərarına gəlib. Buna görə də rus pilot yarışa pit yolundan başlayacaq.

F-1.az xatırladır ki, dünən keçirilən sıralanma turunun 1-ci seansında arxa asılqanı qırılan Daniil Kvyat qəza uğramış və seans qırmızı bayraqlarla dayandırılmışdı. Kvyat yaralanmadan xilas olsa da, onun maşınında ciddi zədələr olub. Komanda da yeni şassiyə keçmək qərarına gəlib.

FİA-dan verilən açıqlamada bildirilib: “Hakimlərdən Scuderia Toro Rosso komandasının dünən sıralanma turunda qəzaya uğramış 26 nömrəli maşınını yenidən incələmək tələb olunub”.

Şassi dəyişikliyi edilərkən pilot yarışa pit yolundan başlamalıdır. Amma sürücü bu zaman maşını yenidən sazlamaq şansınsa sahib olur.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*