Kvyat və Vandorn cərimələniblər

Daniil Kvyat startda törətdiyi qəzaya görə, Stoffel Vandorn isə mavi bayraqlara məhəl qoymadığı üçün cəzalandırılıb.

F-1.az xatırladır ki, Kvyatın startda səbəb olduğu qəza Alonso və Ferstappenin mübarizəni dayandırmaları ilə nəticələnmişdi. Vandorn isə mavi bayraqlar göstərilməsinə baxmayaraq, dövrəvi sürücü kimi vaxtında Rəykkönenə yol verməmişdi. Stüardlar yarışın gedişində hər iki halda pit-leyndən keçmək cəzası tətbiq etmişdilər.

Lakin sürücülər bununla qurtulmayıblar – həm Kvyata, həm də Vandorna əlavə olaraq 2 cərimə balı da verilib. Hazırda Kvyatın hesabında 7, Vandornun hesabında isə 5 bal var.

Qeyd edək ki, hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*