F-1.az xatırladır ki, Kvyat sıralanma turunda 19-cu olsa da, yarışı komanda yoldaşının 1 pillə gerisində, 15-ci bitirə bildi. Rusiyalı sürücü yarışdan sonra Horner ilə söhbət etdiyini bildirib: “Məni tanıyan hamı son yarışlardakı performansımın pis olduğunu görübdür. Amma mən istəmirəm ki, kimsə mənə görə məyus olsun. Hamının həyatında belə dövrlər olur.
Yarışlardan əvvəl heç nə barədə düşünmürəm. Hər yarışa necə hazırlanıramsa, elə də davam edirəm. Bilirəm ki, ancaq işimi görməliyəm. İnstinktlərimə güvənərək sürürəm və bunun üstünlükləri çox görmüşəm. Yarışlara yanaşmam dəyişməyəcək. Ümid edirəm ki, mövsümün ikinci yarısında uğurlu çıxış edərəm”.