F-1.az xatırladır ki, 2016-cı ilin Rusiya yarışından sonra Kvyat Red Bull-dan qovularaq Toro Rosso komandasına keçmiş və mövsüm ərzində qeyri-stabil performans göstərsə də, italyanlar ona daha bir il şans vermişdilər. Bu müqaviləyə görə özünə Formula1-də yer tapa bilməyən Qasli 2017-ci il mövsümünü Super Formula-da keçirməli olmuşdu.
Lakin rusiyalı sürücü 2017-ci ildə də gözləntiləri qarşılaya bilmədiyi üçün komandadan qovulmuş və onu gənc Qasli əvəz etmişdi.
Pyer Qasli: “2016-cı ilin Ostin yarışında Kvyatla müqavilə açıqlaması əsəbpozucu idi. Heç də ədalətli qərar deyildi. GP2-də çempion olmuşdum və əsəbi idim. O andakı məyusluğumu danışa bilmirəm.
Əsəbləşdiyim digər hadisə isə Yaponiyadakı fırtına idi. Super Formula-da çempion ola bilərdim, ancaq yarım xalla uduzdum. Səbəbi isə hava şəraiti idi. Fırtınaya görə yarım xalla çempionluğu itirməkdənsə, yarışıb 10 xal fərqlə uduzmaq daha yaxşı olardı”.