F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Red Bull şirkəti ilə münasibətləri başa vursa da, avstriyalılar sürücü tapa bilmədikləri üçün Kvyatı yenidən Toro Rosso komandasına qaytarıblar.
Frants Tost: “Bolidlə atacağı hər dövrə onun üçün yaxşı olacaq. İstəyimiz onun təkərləri daha tez öyrənməsi və bolidi daha yaxşı anlamasıdır”.
Qeyd edək ki, Əbu Dabidəki testlərdə əksər sürücülər yeni komandalarında – Ləns Stroll Force İndia-da, Şarl Lekler Ferrari-də və Kimi Rəykkönen Sauber-də çıxış edəcəklər.