Küveyt trası üzə çıxıb

Hermann Tilkenin tərtib etdiyi Küveyt trasının şəkilləri bu günlərdə mətbuatda yayılıb.

F-1.az bildirir ki, tras FİA-nın müəyyən etdiyi birinci sinif şərtlərə cavab verir. Tras KCC şirkəti tərəfindən inşa edilib və 120 milyon funta başa gəlib. Əgər tərəflər arasında razılıq əldə olunsa, tras Formula1-i qəbul edə bilər. Qeyd edək ki, trasda hərəkət saat əqrəbinin hərəkətinin əksinədir və 20 döngədən ibarət olmaqla uzunluğu 5 609 metr təşkil edir. 12-ci və 15-ci döngələr arasındakı hissə isə İstanbul Parkdakı əfsanəvi 8-ci döngəni xatırladır. Bundan başqa tras əlverişli dizaynına görə MotoGP yarışlarını da qəbul edə biləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*