Kulthard: Titul uğrunda üç komanda mübarizə aparacaq

Keçmiş Formula1 pilotu Devid Kulthard Mirror Sport-a müsahibəsində qarşıdan gələn mövsümdə mümkün qüvvələr balansından danışıb.

F-1.az xəbər verir ki, keçən il Ferrari mövsümün əvvəlində titul uğrunda mübarizədə olsa da, mövsümün ikinci yarısında faktiki Red Bull-a rəqib qalmadı.

Devid Kulthard: “Gələcəyi proqnozlaşdırmaq iqtidarında deyiləm, amma demək olar ki, əminəm ki, Ferrari etibarlılıqla bağlı problemləri həll etsə və səhvlərdən qaça bilsə, çempionluq uğrunda mübarizə aparacaq. Yeni ildə yeni avtomobillərə uyğunlaşma xeyli asanlaşacaq – artıq hər kəs onlardan nə gözlədiyini bilir.

Mercedes maşınları da sürətli olacaq, komanda, əlbəttə ki, yarışlarda qalib gələcək və titul uğrunda mübarizədə iştirak edə biləcək. Hibrid turbo mühərriklərə keçdikdən sonra onlar asfaltayatma qüvvəsində istənilən geriliyi kompensasiya etmək üçün inanılmaz güc üstünlüyünə malik idilər, lakin indi vəziyyət bərabərləşib.

Red Bull nəinki çox yaxşı mühərrikə, həm də əla avtomobilə malikdir – bu iki amil onlara 2022-ci ildə dominantlıq etməyə imkan verib və nə qədər ki, reqlament sabit qalıb, onlar nəhəng qüvvə olacaqlar.

Ümid etmək istərdim ki, bu il üç komanda titul uğrunda mübarizədə iştirak edə biləcək. Maks Ferstappenin nə qədər sürətli olmasından asılı olmayaraq, vəziyyət ən güclü komandalar arasında fərqin minimal olduğu keçən mövsümün son Qran Prisində olduğu kimi olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*