F-1.az xəbər verir ki, Devid təcrübəli mütəxəssisin indiki vəziyyətdə belə addım atacağına inanmır.
Devid Kulthard: “İndi Ədrianın 60-dan çox yaşı var. Onun hələ də yarışa və Formula1-ə həvəsi var, lakin o, britaniyalıdır. O, müəyyən növ insanlardandır. Karyerasının bu mərhələsində Ferrari-yə keçmək üçün şoumenlik edənlərdən deyil. Təbii ki, bu ola bilər, mümkünsüz heç nə yoxdur. Ancaq düşünürəm ki, bu, doğru zaman və yer deyil, Nyui Maranelloya köçmək üçün Britaniyada həddən artıq çox məskunlaşıb”.