Kubitsa ilə müqavilə Williams-a 10 milyon avro qazandıracaq?

Dünəndən Polşa mətbuatı iddia edir ki, Robert Kubitsa Williams komandasında gələn il debüt edəcək - debüt barədə komanda ilk məşqlərə qədər rəsmi bəyanat yayacaq.

F-1.az bildirir ki, bu gün polşanın RMF radiosu rəsmi bəyanatı sadəcə formal xəbər adlandırıb – çünki sürücünün şəxsi sponsoru PKN Orlen neft şirkəti artıq komandanın hesabına 10 milyon avro köçürüb. Bu rəqəm Polşanın tarixində ən böyük sponsorlu ödənişdir, gələn il PKN Orlen şirkətinin loqotipləri Williams maşınlarında, sürücülərin kombinezonunda və komandanın uniformasında peyda olacaq.

Britaniyanın Motorsport Magazine nəşri də Robertin Williams-la müqaviləsini təsdiq edib. Komandanın əsas sürücüsü olmaq üçün Robert Renault və Ferrari komandalarının təkliflərini rədd edib. Renault polşalı sürücüsü simulyatorda çalışmağı təklif etdiyi halda, Skuderiya 3-cü sürücü statusu ilə bərabər mövsümün gedişində Haas-ın heyətində cümə məşqlərinə çıxmağı da təklif paketinə salmışdı…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*