F-1.az xatırladır ki, KTM komandası keçən il mövsümü 4-cü yerdə bağlamış və ön sıralara doğru böyük bir addım atmışdı. Avstriya komandası bu il heyətində yeniliklər edib.
Uzun illərdir burada yarışan Migel Oliveira bu ildən RNF Aprilia-ya keçib. Onu MotoGP-də dörd yarış qələbəsi olan Cek Miller əvəz edib. Komandanın digər sürücüsü isə Bred Binder olacaq.
Komandanın rəng çalarına gəldikdə isə demək olar dəyişiklik görmürük. Motodiklet narıncı və tünd göy rəng çalarındadır. Red Bull-un loqotipləri bu il öz yerini qoruyacaq.
Bred Binder keçən mövsüm 6-cı yeri tutmuşdu. Miller isə keçən ilin Dünya Çempionu Ducati ilə 1 yarış qazanmış və mövsümü 5-ci yerdə bağlamışdı.