K.Skarboro: “Komandalar eyni texniki qərarlar qəbul ediblər”

CNN telekanalına müsahibəsində britaniyalı texniki ekspert Kreyq Skarboro bildirib ki, yeni maşınlarını təqdim etmiş komandalardan hamısı inovasiyalı qərarlara artıq məsrəf […]

CNN telekanalına müsahibəsində britaniyalı texniki ekspert Kreyq Skarboro bildirib ki, yeni maşınlarını təqdim etmiş komandalardan hamısı inovasiyalı qərarlara artıq məsrəf sərf etmədən yalnız təkamül tədbirləri ilə kifayətləniblər…

Kreyq Skarboro: “Gələn il texniki reqlament ciddi dəyişəcək, ona görə də komandalar öz resurlarını balansla bölməyə çalışırlar. Hazırda yeni maşını sıfırdan hazırlamaq lazım deyil, sadəcə bəzi yenilikləri tətbiq etmək kifayətdir. Heç bir komanda əsl yeni və əsl maraqlı maşın hazırlamayıb.

Elə təəssürat yaranır ki, hamı eyni texniki qərarlar qəbul edib. Faktiki olaraq bu fotorobotu xatırladır: müxtəlif şassilərin burun hissəsinin, ön asılqanının, arxa asılqanının və yan pantonlarının müəyyən hissələrinin şəkillərini çəkib, qarışdırmaq olar, sonra isə həmin fraqmentlərdən bir maşın toplasaq, 2013-cü ilin istənilən maşını alınar.”

Bəlkə də, bu siyahıda yeganə istisna Sauber-i hesab etmək olar: C32-nin yan pantonları keçən illə müqayisədə çox kiçilib.

Kreyq Skarboro: “Hava axını radiatorlardan keçmir, birbaşa qazburaxma borularına yönəlir – bununla maşının havaya müqaviməti azalır. Yeni Sauber maşını, hərçənd, elə keçəilki maşın da, konstruksiya baxımında maarqlı alınıb – ona görə də təəccüblü deyil ki, hətta Red Bull özünün yeni RB9-da onlardan 2-3 elementi nüsxələyib.

Amma baxmayaraq ki, Sauber hamını texniki sahədə qabaqlayır, hələ fakt deyil ki, komanda yarışlarda layıqli nəticələr göstərəcək. Düşünürəm ki, Ferrari, Red Bull və McLaren yenə də güclü olacaqlar. Amma istisna deyil ki, keçən il olduğu kimi, mövsümün ilk yarısında maraqlı nəticələr olsun – bunun əsas səbəbi isə komandaların yeni təkərlərə öyrəşməsi olacaq.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*