Krouford ilk qələbəsini qazanıb

Avstriyada gənc sürücülərin Formula3 çempionatında mövsümün 5-ci mərhələsinin qısa (sprint) yarışı baş tutub.

Kroon Oil yağlarının dəstəklədiiyi Mp MotorSport komandasının sürücüsü Kayo Kollet pouldan start alsa da, artıq 4-cü döngədə Xuan Manuel Korrea irəli çıxıb. Amma 6-cı dövrədə Korrea texniki problemlər üzündən yarışı dayandırmalı olub.

Cək Krouford əvvəlcə Franko Kolapintonu, 14-cü dövrədə Kolleti də arxada qoyaraq 1-ci yerə yüksəlib.  Red Bull Akademiyasının sürücüsü finişə qədər rəqiblərinə hücum şansı verməyib və Prema komandasının sürücüsü finişdə ilk qələbəsinə sevinib.

Sabah əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*