F-1.az-in xəbərinə görə, 2026-cı ilə qədər Red Bull komandası Milton Kinsdə öz mühərrik bölməsini Red Bull Powertrains-i istifadəyə verəcək. Beləliklə, onların hər hansı bir avtomobil istehsalçısı ilə əməkdaşlığa ehtiyacları olmayacaq, amma buna baxmayaraq, yenə də özlərini sığortalayıblar.
Kristian Horner: “Red Bull komandası Ford-un köməyi olmadan mühərrik hazırlaya bilərmi? Bəli! Onların köməyinə ehtiyacımız olacaqmı? Şübhəsiz ki!
Bu, strateji tərəfdaşlıqdır. Ford-un simasında biz texnologiya və bilik mübadiləsi aparacağımız həmfikir insanları tapdıq. Biz çox razıyıq.
Onlar avtomobillərinin elektrikləşdirilməsinə milyardlarla dollar sərmayə qoyublar. Buna görə də, məlumat və fikir mübadiləsi bizim üçün çox faydalı olacaq, xüsusən də 2026-cı ildə yeni motor qaydalarına hazırlıq zamanı. Belə partnyorla Red Bull Formula1-də digər mühərrik istehsalçıları ilə bərabər səviyyədə olacaq.