Kreyq Brin Dünyasını dəyişib

Hyundai komandasının sürücüsü Kreyq Brin Xorvatiya Rallisindən əvvəl keçirilən test yürüşlərində qəza edərək dünyasını dəyişib.

F-1.az bilidirir ki, irlandiyalı sürücü asfalt yolda test edərkən yoldan çıxıb və qəza edib. Kreyq hadisə yerində keçinib.

33 yaşlı sürücü bu il Hyundai komandası ilə yarım mövsüm yarışacaqdı. O, karyerası ərzində 8 dəfə podiuma yüksəlmişdi.

Hyundai komandası qısa yazı ilə xəbəri təsdiqləyib: “Hyundai Motorsport komandaıs olaraq bildiririk ki, Kreyq Brin Xorvatiya Rallisindən əvvəl test edərkən qəza edərək dünyasını dəyişib.

Hyundai Motorsport olaraq Kreyqin ailəsinə, dostlarına və azarkeşlərinə başsağlığı veririk. Bu barədə başqa şərh verməyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*