F-1.az xəbər verir ki, son çempion və şeykdaunun qalibi Kalle Rovanpera qarlı yollara birinci yollandığı üçün ciddi vaxt itkisi ilə üzləşib. Əvəzində irlaniyalı Kreyq Brin və estoniyalı Ott Tənak növbə ilə dopları qazanaraq liderliyi də bölüşüblər. Amma nahardan sonra Hyundai-nin sürücüsü Brin daha stabil olub və günün sonunda Ford-un sürücüsü Tənakı 2.6 saniyə qabaqlayıb.
Hyundai-nin finlandiyalı sürücüsü Esapekka Lappi 11 saniyə geridə ilk üçlüyü tamamlayıb.
Toyota-nın sürücüləri növbəti iki yeri tutublar – Elfin Evans liderə 26 sanyə uduzub, Rovanpera isə nahardan sonra iki dopu qazanaraq liderlə fərqi 31 saniyəyə salıb.
Keçən ilin vitse-çempionu Tyerri Növill hələlik 6-cıdır – keçən ilin çempionuna 6 saniyə uduzub.