Kimi Rəykkönen Formula1-ə qayıtdıqdan sonra onun vətənində dünya çempionatına olan maraq daha da artıb – Lotus komandasının sürücüsü əvvəlki illərdə olduğu kimi sürətlidir.
Finlandiya mətbuatında 2007-ci ilin dünya çempionuna həsr olunmuş yazıların sayı durmadan artır, onların arasında maraqlı və əyləncəli yazılar da çox olur. Məsələn, Turun Sanomat qəzetinin jurnalisti Heykki Kulta hesablayıb ki, sonuncu İspaniya Qran Prisinin qalibi Pastor Maldonado Kiminin podiumda 20-ci “qonşusu” olub.
Rəykkönen Formula1-də onuncu mövsümünü keçirir və bu illər ərzində podiuma 64 dəfə qalxıb. Hamıdan çox onun yanında Fernando Alonso (27 dəfə) və Mixael Şumaher (18) olublar.
Finlandiyalı sürücünün podium qonşularının tam siyahısı aşağıdakı kimidir:
1. Fernando Alonso – 27 dəfə
2. Mixael Şumaher – 18
3. Rubens Barrikello – 15
4. Felipe Massa – 13
5. Lyuis Həmilton – 13
6. Xuan Pablo Mantoyya – 9
7. Censon Batton – 4
8. Robert Kubitsa – 4
9. Dəvid Kulthard – 3
10. Canrkarlo Fizikella – 3
11. Yarno Trulli – 3
12. Ralf Şumaher – 3
13. Heykki Kovalaynen – 3
14. Nik Haydfeld – 2
15. Mark Uebber – 2
16. Sebastyan Fettel – 2
17. Hayns Harald Frentsen – 1
18. Timo Qlok – 1
19. Roman Qrojan – 1
20. Pastor Maldonado – 1