Ralli çempionatının ilk mərhələsinin birinci günü Kimi Rəykkönen üçün uğursuz alınıb – 2007-ci ilin dünya çempionu İsveçdə qəzaya uğrayıb.
Finlandiyalı sürücü 5 sahədən sonra yarışı 11-ci yerdə davam etdirirdi, amma altıncı xüsusi sahədə o trasdan çıxıb. Azarkeşlərin köməyilə Citroen-i trasa qaytarmaq mümkün olub, amma maşın finişə qədər yavaş hərəkət etməli olub, nəticədə Kimi yarım saat vaxt itirib.
İndi mexaniklər Kiminin maşını üzərində işlərilər, amma avtomobili bərpa etmək mümkün olsa belə, finlandiyalı sürücü sadəcə finişə qədər təcrübə toplamaqla məşğul olacaq…