K.Rəykkönenin nümayəndəsi şayiələri təkzib edib

Kimi Rəykkönenin mətbuat katibi Riku Kuvaya finlandiyalı sürücünün bu ilin sonunda Formula1-dən gedəcəyi barədə şayiələri təkzib edib… Riku Kuvaya: “Bu […]

Kimi Rəykkönenin mətbuat katibi Riku Kuvaya finlandiyalı sürücünün bu ilin sonunda Formula1-dən gedəcəyi barədə şayiələri təkzib edib…

Riku Kuvaya: “Bu həqiqətə uyğun deyil. Ferrari ilə müqavilə qüvvəsində qalır və biz öz öhdəliklərimiz yerinə yetirmək niyytindəyik.”

Bu sözlər Finlandiyanın məşhur İltalehti qəzetində dərc olunub, digər milli qəzet – Turun Sanomat isə Ferrari-nin başçısı Stefano Domenikaliyə müraciət edib, o da şayiələrə inanmamağı tövsiyyə edib…

Stefano Domenikali: “Bu şayiələr yeni deyil. Hamının yadındadır ki, keçən ilin ortalarında belə söhbətlər yayılır. Komandaya və faktlara inanın, şayiələrə yox.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*